Güneyin 8 min il yaşı olan kəndi – Foto

Güneyin 8 min il yaşı olan kəndi – Foto

Qərbi Azərbaycan əyalətinin Çaypara mahalında yerləşən Çorus kəndi bölgənin ən qədim yaşayış məskənlərindən biri hesab edilir.

AzerTimes xəbər verir ki, arxeoloqlar Çorusda insan yaşayışının eramızdan 6000 il əvvəldən başladığını təxmin edirlər.

Burada min illərlə yaşı olan çox sayda tarixi abidə və əsərlər mövcuddur.

Çorusda mövcud olan tarixi abidələr arasında Anaqızlı təpəsi (kurqan) daha əhəmiyyətli yerə malikdir.

Anaqızlı təpəsi bu kənddən günümüzə qədər gəlib çatmış ən mühüm qədim əsərdir və eramızdan əvvəl VI minilliyə aiddir.

İran və avstriyalı arxeoloqların apardıqları tədqiqatlar nəticəsində burada Urartu dövrünə aid bir neçə saxsı qab parçası və unikal quruluşa malik başqa əşyalar tapılıb.

Teqlər: