Şərqi Azərbaycan əyalətində mövcud olan xəstəxanaların 70 faizinin tikilmə tarixi 60 ildən çoxdur.
AzerTimes xəbər verir ki, bunu Təbrizin Tibb Elmləri Universitetinin nümayəndəsi Əli Cənnəti deyib.
O, xəstəxanaların baş verə biləcək zəlzələyə dözməyəcəyi ilə bağlı xəbərdarlıq edib:
“Xəstəxanalar köhnə olduğu üçün baş verəcək zəlzələ qarşısında uçmaq ehtimalları yüksəkdir. 1979-cu ildən sonra Təbrizdə yalnız bir xəstəxana dövlət tərəfindən inşa edilib. 700 çarpayılıq uşaq xəstəxanası və xərçəng xəstələri üçün inşa edilən xəstəxana yerli xeyriyyəçilərin vəsaiti hesabına tikilib”.
Cənnəti hökumətin bu sahəyə vəsait ayırmadığını diqqətə çatdırıb.