Qərbi Azərbaycan əyalətinin Maku mahalında 62 ailənin yaşadığı Surik kəndi sel daşqınları nəticəsində tamamilə dağılıb.
AzerTimes xəbər verir ki, bu barədə Makunın fərmandarı Nadir Kazimi açıqlama verib.
O, sel nəticəsində daha 7 kənddə onlarla evin dağıldığını, yol və infrastrukturun sıradan çıxdığını bildirib.