Güneydə qadınlar üçün olan mərkəz bağlandı

Güneydə qadınlar üçün olan mərkəz bağlandı

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində zorakılığa məruz qalan qadın və qızlar üçün “Mehr Şəmsafərid” sığınacağı və müdafiə mərkəzi bağlanıb.

AzerTimes bildirir ki, bu haqda güneyli siyasi məhbus və milli fəal Abbas Lisaninin Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, mərkəzin bağlanması xəbərini müəssisənin rəhbəri, qadın hüquqları müdafiəçisi Fatimə Babaxani aprelin 26-da X hesabında yazıb:

“Mehr Şəmsafərid” qeyri-hökumət sığınacağı, zorakılığa məruz qalan qadınlar üçün kiçik bir mərkəz və canımızdan daha dəyərli olan sığınacaq bağlandı”.

Qeyd edək ki, təhlükəsizlik qurumları bir neçə il öncə mərkəzin bağlanacağı ilə bağlı xəbərdarlıq edərək, təzyiq göstərirdilər.

Teqlər: