4 ay ərzində Şərqi Azərbaycanda 439 xanım sürücünün şəxsi avtomobili müsadirə olunub.
AzerTimes xəbər verir ki, bu barədə əyalətin polis rəisi Əli Məhəmmədi açıqlama verib.
O, avtomobillərin məcburi hicab qaydalarına riayət edilmədiyi üçün müsadirə edildiyini bildirib:
“Məcburi hicab qaydalarına riayət etmədiklərinə görə çox sayda xanım barəsində cəza tədbirləri görülür, bir çoxlarına xəbərdarlıq edilib”.