Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində güclü yağıntılardan sonra evlər və yollar su altında qalıb.
AzerTimes xəbər verir ki, bu barədə şəhər bələdiyyəsi məlumat yayıb.
Bildirilib ki, qısa müddət ərzində yağıntı şəhərdə fəsadlar törədib, yüzlərlə ev su altında qalıb.
Bələdiyyənin yaydığı məlumatda sel suları ilə yanaşı, kanalizasiya sularının da daşdığı və bu səbəbdən nəqliyyatın hərəkətində ciddi problemlərin yarandığı deyilib.
Yerli əhali bələdiyyə və başqa əlaqədar dövlət qurumlarının fəaliyyətsizliyini tənqid edib, şəhər infrastrukturunun bərbad olmasından gileylənib.