Güneydə 5 etirazçıya hökm oxundu

Güneydə 5 etirazçıya hökm oxundu

Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq şəhərindən olan 5 etirazçının hər birinə 10 il 1 ay 6 gün müddətinə həbs cəzası verilib.

AzerTimes xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, fəallar 2022-ci ilin sentyabr ayında başlayan etiraz aksiyalarında iştirak etdiklərinə görə cəzalandırılıb.

Saxlanılan şəxslərin hər biri həbs cəzası ilə yanaşı, 74 şallaq cəzasına da məhkum olunub.

Teqlər: