Güneydə “21 Azər” aksiyaları keçirildi

Güneydə “21 Azər” aksiyaları keçirildi

Güney Azərbaycanda 1945-ci ildə qurulan Azərbaycan Milli Hökumətinin ildönümü ilə bağlı aksiyalar keçirilib.

AzerTimes xəbər verir ki, aksiyalar Təbriz daxil olmaqla, Güney Azərbaycanın bir sıra şəhərlərində keçirilib.

Şəhər məhəllələrinin divarlarına “21 Azər”, “Milli Hökumət”, “Pişəvəri” və “Azadlıq, Ədalət, Milli hökumət” məzmunlu şüarlar yazılıb, “Bir kərə qalxan bayraq, min il sonra da enməz” məzmunlu bannerlər asılıb.

Qeyd edək ki, 1945-ci il 12 dekabr (21 azər) tarixində Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub.

Teqlər: