Güney və quzeyli azərbaycanlılar İzmirdə görüşdü – Foto

Güney və quzeyli azərbaycanlılar İzmirdə görüşdü – Foto

Bu gün bir qrup Güney azerbaycanlı İzmir şəhərindəki Azərbaycan Kültür və Dayanışma Dərnəyini ziyarət edib.

AzerTimes xəbər verir ki, Güney Azərbaycandan olan jurnalist Məsud Haray dərnəyin rəhbəri Əşrəf Tuna və idarə heyətinə İrandakı son durum və Güneydəki vəziyyət barədə məlumat verib. O, hazırda İrandakı etirazların davam etdiyini bildirib.

Məsud Haray Urmu gölünün qurudulması, bununla türklərin bölgədən köçməyə məcbur edildiklərini da vurğulayıb.

Əşrəf Tuna da öz növbəsində hər zaman Güney Azerbaycanın yanında olduqlarını, İzmirdə Güneyin səsi olmaq üçün əllərindən gələni edəcəklərini bildirib.

Teqlər: