Güney Qaradağda sel 61 kəndə zərər vurdu

Güney Qaradağda sel 61 kəndə zərər vurdu

Avqustun 29-dən 30-a keçən gecə Şərqi Azərbaycan əyalətinin Qaradağ mahalında sel daşqınları 61 kəndə ziyan vurub.

AzerTimes xəbər verir ki, bu barədə Şərqi Azərbaycanın Böhran İdarəetmə Mərkəzinin başçısı Məhəmməd Bagir Bahunər açıqlama verib.

Onun sözlərinə görə, Əhərdə 30, Vərziğanda 20 və Xudafərində 11 kəndə ziyan dəyib.

Təbii fəlakət nəticəsində 69 nəfər yaralanıb, yüzlərlə kənd evi yararsız vəziyyətə düşüb, əkin və bağ sahələri məhv olub.

Çox sayda kəndin yol və körpüsü dağıldığı üçün ətraf mühitdən təcrid olunublar, qaz və elektrik xətləri sıradan çıxıb.

Teqlər: