Zəncan şəhərində evdə partlayış baş verməsi nəticəsində 3 nəfər həyatını itirib.
AzerTimes xəbər verir ki, bu barədə Yanğınsöndürmə Mərkəzinin rəhbəri Məcid Əmirfəzli məlumat verib.
O, hadisənin qaz balonunun partlaması nəticəsində meydana gəldiyini, dağılan mənzillə yanaşı ətrafdakı binaların da xəsarət aldığını bildirib.
Əmirfəzli hazırda axtarış xilasetmə işlərinin aparıldığını, ölü sayının arta biləcəyini deyib.