Güney Azərbaycanda onlarla insan spirtli içkidən zəhərləndi

Güney Azərbaycanda onlarla insan spirtli içkidən zəhərləndi

Qərbi Azərbaycan əyalətinin Maku şəhərində saxta spirtli içki qəbul edən 3 nəfər ölüb, 30 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

AzerTimes xəbər verir ki, bu barədə Maku prokuroru Sabir Cəfəri məlumat verib.

O, saxta spirtli içkilər hazırlayan 4 nəfərin həbs edildiyini və barələrində cinayət işinin açıldığını bildirib.

Qeyd edək ki, İranda spirtli içki istehsalı qadağan olduğuna görə gizli və standartlara uyğun olmayan şəkildə hazırlanan spirtli içkilər hər il minlərlə insanın zəhərlənməsinə və ölümünə səbəb olur.

Teqlər: