Güney Azərbaycanda iki güclü zəlzələ oldu

Güney Azərbaycanda iki güclü zəlzələ oldu

Bir neçə dəqiqə əvvəl Qərbi Azərbaycan əyalətinin Xoy bölgəsində yerin 7 kilometr dərinliyində 5,9 bal gücündə zəlzələ olub.

AzerTimes xəbər verir ki, bu barədə İran Seysmoloji Mərkəzi məlumat verib.

Eyni vaxtda Şərqi Azərbaycan əyalətinin Sarab bölgəsində də yerin 11 kilometr dərinliyində 4,6 bal gücündə zəlzələ olub.

Hər iki zəlzələ Təbriz və Ərdəbil şəhərlərində də hiss olunub.

Teqlər: