Bu gün qızmar yay fəslini yaşayırıq. 2021-ci ilin yayı digər illərdən fərqli olaraq, Covid-19 pandemiyası ilə də yadda qalacaqdır. Düzdür pandemiya hələ başa çatmayıb, lakin koronovirus infeksiyası fonunda digər mövsümü xəstəlikləri də heç kəs ləğv etməyib və bu xəstəliklərdə hər il olduğu kimi təkrar baş qaldırır.
Bunlardan biri də yayda “soyuqlamaq” kimi xoşagəlməz haldır. Yay soyuqlaması hər kəsin həyatında bir dəfə də olsa olur. Soyuqdəymənin səbəbi virus və bakteriya infeksiyalarıdır. Bu infeksiyalar soyuqdəymənin nəticəsində inkişaf edirlər. Lakin yayın istisində soyuqdəymə başqa cür olur. Temperaturun qəfil düşüb-qalxması soyuqdəyməyə səbəb olur. Nəticədə boğaz qaşınmaları, baş ağrıları, öskürək, burun axması meydana gəlir. Orqanizmimizi məruz qoyduğumuz temperatur düşüb-qalxmaları mikrobları aktivləşdirir və faringit, laringit, tonzillit və s. xəstəliklərə yol açır.
Statistikaya görə, qripə tutulanların sayı yayda 20% artır. Qripin simptomları – yüksək temperatur, yorğunluq, asqırmaq, öskürək, baş ağrısıdır. Orqanizm isti yay günlərində hərarətin qalxması ilə günəşə “isti cavab” verir. Qrip orqanizmə hava-damcı yolu ilə xəstə insandan daxil olan virusdur. Virus orqanizmə daxil olaraq sürətlə çoxalmağa və qanla bütün bədənə yayılmağa başlayır. O, nəfəs yollarının selikli qişasını da məhv edir. Nəticədə bundan sonra o, müdafiə funksiyasını yerinə yetirə bilmir.
Yay qripi adətən qış mövsümündəki qripdən daha uzun çəkir. Yay qripinin başqa adı “legioner xəstəliyi” və ya “kondisioner xəstəliyi”dir. Kondisionerli otaqda temperatur soyuyur, oradan birbaşa istiyə çıxan kimi orqanizmdə uyğunlaşma pozulur: “Yəni istidən-soyuğa, soyuqdan-istiyə bədənin temperaturu gah düşür, gah qalxır, adaptasiya çətinləşir. Nəticədə çox hallarda qrip, zökəm halları baş verə bilir”. Legioner xəstəliyi qızdırma, halsızlıq, əzələ ağrıları, daha sonrakı müddətdə öskürək, bəlğəm, çətinliklə nəfəsalma kimi əlamətlərlə ortaya çıxır.
Yay qripi zamanı ağrı və qızdırma ilə müşayiət olunan halların, xüsusilə yuxarı tənəffüs yollarının virus infeksiyalarının simptomatik müalicəsi üçün məhlul hazırlamaq üçün toz halında olan preparatlardan qəbul etmək məsləhət görülür. Bu preparatlar ağrını yüngülləşdirir və qızdırmasalıcı təsir göstərir. Belə preparatlardan biri Agicold Hotmix-dir.
Agicold hotmix-in tərkibində olan parasetamol qızdırmalıcı təsir göstərir. Askorbin turşusu və ya C vitamini soyuqdəymədən yaranan xəstəliklərin müalicə və profilaktikasında əhəmiyyətlidir. C vitamini orqanizmin infeksion xəstəliklərə qarşı mübarizə gücünü və immuniteti artırır.
Fenilefrin, burun selikli qişasında yerləşən venoz damarları daraldaraq burun tıxanıqlığını aradan qaldırır və burun keçidlərində hava axınına qarşı müqaviməti azaldır.
Beləliklə, siz qrip və soyuqdəymə əleyhinə daxilə qəbul üçün nəzərdə tutulmuş Agicold Hotmix preparatdan istifadə etməklə, qısa müddət ərzində qripin bütün əlamətlərindən ( baş ağrısı, hərarət, burun tutulması, əzələ ağrısı) azad olacaqsınız.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.
Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr