Fevralın 9-da Günəşdə ən yüksək dərəcəli güclü partlayış qeydə alınıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb.
“Fevralın 9-da 3576 (S14E10) günəş ləkələri qrupunda rentgen diapazonunda HF radio rabitəsinin kəsilməsi ilə müşayiət olunan və 38 dəqiqə davam edən X3.3 partayışı qeydə alınıb”, – məlumatda deyilir.
Hazırda günəş rentgen şüalarının Yerin ionosfer qatına təsiri, kosmik hava məlumatlarına görə, R3 (güclü) səviyyəsindədir. Belə təsirin ən yüksəyi R5-dir (ekstremal səviyyə).
Günəş partlamaları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 səviyyəsi Yerin orbitində hər kvadrat metrə 10 nanovat düşən radiasiya gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlamalar, adətən, günəş plazmasının emissiyaları ilə müşayiət olunur, onların buludları isə Yerə çatmaqla maqnit fırtınalarına səbəb ola bilər.
Qeyd edək ki, bu, son 5 ildə qeydə alınmış ən böyük partlayışlardan biridir.