Gün ərzində Günəşdə ikinci ən yüksək dərəcəli “X” sinifli alovlanma baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
“46 dəqiqə davam edən X1.5 alovlanması aşkar edilib. Alovlanma QD-radiorabitəsinin (qısa dalğa – red.) pozulması ilə müşayiət olunub”, – məlumatda qeyd olunub.