Bazar ertəsi Günəşdə güclü partlayış baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun saytı məlumat yayıb.
Məlumata görə, X1.9 növündən olan partlayış Bakı vaxtı ilə saat 22:37-də başlayıb, 22:50-də pikə çatıb və 22:57-də isə sona çatıb.
Bildirilib ki, bu, 9 yanvarda baş vermiş artıq 15-ci partlayışdır.
Günəşdə baş verən partlayışlar Yerdə maqnit qasırğalarına səbəb olur ki, bu da enerji sisteminin, canlı aləmin fəaliyyətinə təsirsiz ötüşmür.