Heç kəs qucaqlaşmağa, sığala, doğma insanın nəvazişinə biganə deyil.
AzerTimes Medicina.az-a istinadən xəbər verir ki, toxunma, qucaqlaşma insan varlıqları arasında əlaqə, ünsiyyət üçün vacib fiziki elementdir.
Psixoloqlar toxunmağın beynin fundamental tələbatı olduğunu bildirir. Gündə azı 2-3 dəfə qucaqlaşmaq bu faydaları verə bilər:
1. Stressi, gərginliyi azaldır – stress hormonu kortizol qucaqlaşmaqla azala bilər.
Əgər sevgiliniz, həyat yoldaşınız yoxdursa, özünüz özünüzü qucaqlaya bilərsiz.
Kortizol xroniki iltihab, ürək-damar xəstəlikləri və xərçəngə səbəb ola bilər.
2. Qucaqlaşmaq təzyiqi normallaşdırır, infeksiyalardan qoruyur, əhvalı qaldırır, depressiyadan çıxarır.
3. Baş ağrısı, qarın ağrısı, xroniki ağrıların da spazmaqolikidir.
Xüsusən körpələri sığalladıqda qarın sancıları azalır.
4. Sevgi hormonu oksitosin sakitləşdirici, rahatladıcı effekt verir. Bu hormonu isə qucaqlaşmaq, sığallamaq stimulə edir.