“Mutant” ləqəbi ilə tanınan məşhur bodibilder İlia Qolemin 36 yaşında ölməsinə yol açan səbəblər məlum olub.
AzerTimes Oxu.az-a istinadla xəbər verir ki, bodibilder bir həftə öncə infarkt keçirərək komaya düşmüşdü. İdmançının həyat yoldaşı Anna bildirib ki, xəstəxanaya aparıldıqdan iki gün sonra onun beyin ölümü gerçəkləşib.
Həkimlər bodibilderin pəhriz proqramını “dəlilik” adlandırıblar. Bildirilib ki, İlia Qolem gündə 208 ədəd suşi, 2,5 kq ət məhsulu yeyirmiş, bu isə 16 500 kalori edir. Üstəlik, idmançı daha çox əzələ kütləsi qazana bilmək üçün hər gün özünə 50 doza insulin vururmuş.
165 kq çəkisi olan idmançının 185 sm boya sahib idi.