Gün ərzində respublikamızda polis əməkdaşları 1830 çağırışa çıxıblar.
AzerTimes Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Post Patrul, Çevik Polis, Yol Polisi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları vətəndaşlara müvafiq kömək göstəriblər. Heç bir çağırışa etinasız yanaşılmayıb. Bütün çağırışlar üzrə nəticələr nazirlik tərəfindən diqqətdə saxlanılıb.
Hava şəraiti ilə əlaqədar evdən çıxa bilməyən ahıl və xəstəliyi olan şəxslərin zəruri ehtiyacları ilə bağlı 102 – Zəng Mərkəzinin fasiləsiz olaraq məlumatları ərazi polis orqanlarına ötürməklə polis əməkdaşlarının müdaxiləsi təşkil edilib.
DİN tərəfindən bütün istiqamətlər üzrə xidmətin fasiləsizliyi davam etdirilir.