Gümrüdə Rusiyaya qarşı etiraz aksiyası – Foto

Gümrüdə Rusiyaya qarşı etiraz aksiyası – Foto

Ermənistan polisi Gümrüdə “Milli Demokratik Qütb” siyasi hərəkatının Gümrüdə keçirdiyi etiraz aksiyasında iştirak edənlərdən 65 nəfəri saxlayıb.

AzerTimes xəbər verir ki, bu haqda Ermənistan mətbuatı məlumat yayıb. İştirakçılar əllərində “Rusiya, Ermənistandan əlini çək!”, “Bizim yeni mütəffiqlərimiz əsl müttəffiqlər olacaq!” və s. şüarların yazıldığı plakatlar daşıyırlar.

Qeyd edək ki, sözügedən hərəkatın üzvü Vaqe Qasparyan açıqlamasında ermənilərin Rusiya Federasiyasının Gümrüdəki 102-ci hərbi bazasını blokadaya ala biləcəyini bildirib. Bundan sonra polis bazaya girişləri bağlayıb.

Teqlər: