Gülüstan qazandırmağa davam edir (FOTO)

“TAC” MMC-nin mart ayının 1-dən başlatdığı ənənnəvi
“Gülüstan, iç və hədiyyə qazan!” lotereya
kampaniyasının
növbəti uduş verilmə tədbiri
keçirilmişdir.

Kampaniyanın ilk günündən etibarən 2.042 nəfər Bakcelldən
internet paket, 90 nəfər 50 manat, 45 nəfər 100 manat, 6 nəfər 200
manat və 1 nəfər 500 manat dəyərində pul uduşlarının sahibi
olmuşdurlar.

30 iyun tarixinədək davam edən “Gülüstan, iç və hədiyyə
qazan!” kampaniyası müddətində göndərilən hər bir promo kod 3 dəfə
tirajda iştirak edir – 1 gündəlik tirajda 100 Meqabayt, 50 manat və
ya 100 manat, 1 həftəlik tirajda 200 manat və 1 aylıq tirajda 500
manat super uduş qazanmaq şansı verir. Daha cox kod – daha çox
uduş şansı!

Lotereya kampaniyasının iştirakçısı olmaq üçün 1, 1,5 və 2 litr
həcmində xüsusi nişanlanmış qızılı qapaqlarla
Gülüstan” ticarət nişanlı limonadlarının ən azı
bir ədədini dəyəri ödənilməklə əldə edib, qızılı rəngli
qapaqların altındakı promo kodu gulustan.info.az
saytında qeydiyatdan keçirmək lazımdır. Əlavə olaraq Bakcell
nömrələrindən promo kodu qısa smslə 5555-ə göndərərək də
qeydiyyatdan keçmək mümkündür.

Qaliblər təsadüfi nömrələr generatoru vasitəsilə müəyyən edilir
və hər bir qalib iştirakçıya SMS vasitəsilə məlumat verilir.
Həmçinin qaliblərin siyahısı
promo.gulustan.info.az saytında gündəlik
yenilənir.

QAZANMAĞA HAZIRSAN? GÜLÜSTAN İÇ VƏ HƏDİYYƏ
QAZAN!

Qeyd edək ki, «TAC» MMC əhalinin keyfiyyətli içməli su və
sərinləşdirici içkilər ilə təmin edilməsi üçün Azərbaycanda
yaradılan ilk şirkətlərdən biri olaraq artıq 25 ildir ki fəaliyyət
göstərməkdədir. Bu müddət ərzində «TAC» MMC daxili bazarı
“Aquavita” təbii mineral sular, geniş çeşiddə “Gülüstan”
limonadları, “Şahdağ” keyfiyyətli içməli sular və sərinləşdirici
içkilər, “Jingo” təbii şirətərkibli içkilər, “Nicetea” soyuq
çayları ilə təmin etməkdədir.

Kampaniya ilə bağlı ətraflı məlumatları
gulustan.info.az saytından, eləcə də
(+99412)346-22-91/92, 346-40-00 nömrələri
vasitəsilə əldə edə bilərsiniz.

Teqlər: