Güllələnmə baş verən an… – Fazil Mustafanın xanımı

Güllələnmə baş verən an… – Fazil Mustafanın xanımı

Hələ ki, Fazil bəylə görüşə icazə verilmir.

AzerTimes xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Fazil Mustafanın həyat yoldaşı Zülfiyyə Mustafayeva deyib.

O, F.Mustafanın yaxşı olduğunu bildirib:

“Şükür, vəziyyəti yaxşıdır, amma görüşə icazə vermirlər. Ailə üzvləri olduğumuz üçün bir dəfə icazə verdilər ki, 10-15 dəqiqəlik girib, maraqlanıb çıxaq. Özü həkim nəzarətindədir”.

Z.Mustafayeva qeyd edib ki, hadisə zamanı evdə olub:

“Həmin vaxt qızımla evdə idim. Yəni hadisə baş verən anlarda biz heç həyətdə belə deyildik, evdə oturmuşduq”.

Teqlər: