12:27
Erməni ordusunun əsgəri güllə yarası alıb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Hadisə gecə saat 02:50 radələrində hərbi hissələrdən birində baş verib. Əsgərin vəziyyəti stabil və ağır qiymətləndirilir, həyatı üçün təhlükə yoxdur”, – məlumatda deyilir.
Qeyd olunur ki, hadisənin başvermə şəraitinin tam müəyyən edilməsi üçün araşdırma aparılır.
***
Bu gün Vayots Dzor rayonunun Bajruni kəndi yaxınlığında naməlum şəraitdə güllə yarası alan erməni zabit ölüb.
Döş qəfəsindən yaralanan hərbçi xəstəxanada keçinib.
Daha öncə ölən hərbçinin sıravi əsgər olduğu bilirilmişdi.