Slovakiyanın Baş naziri Robert Fitsonun səhhəti getdikcə yaxşılaşır.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Zuzana Dolinkova məlumat verib.
Nazir Fitsonun yenidən əməliyyat olunduğunu qeyd edib:
“Əməliyyat iki saat davam edib və cərrahiyyə əməliyyatı uğurla başa çatıb”.
Qeyd edək ki, mayın 17-də Fitsoya sui-qəsd edilib.