Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.
AzerTimes-ın məlumatına görə, 77 kq çəki dərəcəsində çıxış edən idmançımız Tunis təmsilçisi Lamyed Maafi ilə görüşüb.
R.Hüseynov rəqibinə 11:1 hesabı ilə qalib gəlib və bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Xatırladaq ki, Rafiq Hüseynov ötən gün 1/4 final mərhələsində qırğızıstanlı Akjol Mahmudova məğlub olub.