Güləşçimiz Nihad Quluzadə dünya çempionatında təsəlliverici görüşə çıxacaq

Noyabrın 1-də Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı start götürüb.

AzerTimes-ın məlumatına görə, ilk yarış günündə 5 yunan-Roma güləşçimiz xalçaya çıxıb.

Mübarizəyə ikinci mərhələdən qoşulan Nihad Quluzadə (55 kq) sonuncu xal prinsipinə əsasən, İran təmsilçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün N.Quluzadə noyabrın 2-də təsəlliverici görüşə çıxacaq.

Millimizin üzvü Həsən Məmmədli (63 kq) 1/8 finalda moldovalı rəqibinə yenilib.


Çempionatda 77 kiloqram çəki dərəcəsində çıxış edən Qurban Qurbanov ilk mərhələdə Bolqarıstan idmançısına vaxtından əvvəl qalib gəlib. Ancaq 1/4 finala adlamaq mümkün olmayıb.

Təmsilçimiz Məhəmməd Əhmədiyev (87 kq) debütdə yerli güləşçiyə məğlub olub.

Güləşçimiz Sərxan Məmmədov (130 kq) ilk görüşdə Çilidən olan həmkarına “tuşe” ilə qalib gəlib. Həmyerlimiz 1/4 finalda Macarıstan təmsilçisinə uduzub.

Teqlər: