Güləşçimiz Hacı Əliyev Tokio Olimpiadasına qələbə ilə başlayıb

Azərbaycanın daha bir güləşçisi Tokio Olimpiadasına qələbə ilə başlayıb.

Trend xəbər verir ki, sərbəst güləş yarışlarında 65 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev ilk görüşündə seneqallı Adama Diattenə qalib gələrək dörddəbir final mərhələsinə yüksəlib. Güləşçimiz növbəti mərhələdə qazaxıstanlı Daulet Niyazbekov ilə qarşılaşacaq.


Xatırladaq ki, ölkəmizdən Tokio Olimpiadasında üç bürünc medalı qadın cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov qazanıblar.

Teqlər: