Azərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.
AzerTimes xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda ermənistanlı Yurik Mxitaryana 8:0 hesabı ilə qalib gəlib.
51 kq-da çıxış edən Əli Seyidəlili isə yarımfinalda macarıstanlı Peter Totoka uduzub – 0:5. O, sabah bürünc medal görüşünə çıxacaq.