Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
AzerTimes xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda rumıniyalı güləşçi Kriştian Biroya qalib gəlib.
92 kq-dakı Abdulcəlil Şabanov eyni raundda gürcüstanlı Andro Marqişviliyə, 125 kq-dakı Vahit Qalayev onun həmyerlisi Solomon Manaşviliyə uduzub. Hər iki güləşçi sabah bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.