Rusiyanın Nefteyuqansk şəhərində keçirilən sərbəst güləş üzrə beynəlxalq turnirdə Azərbaycanın iki idmançısı fəxri kürsüyə qalxıb.
AzerTimes xəbər verir ki, Rəşid Babazadə (65 kiloqram) və Şamil Zubairov (97 kiloqram) üçüncü yeri tutub.
Qazaxıstanın Çimkənd şəhərində isə yunan-Roma güləşi üzrə beynəlxalq yarış təşkil olunub. Məhəmməd Şükürzadə (60 kiloqram) vətənə bürünc medalla qayıdıb.