Güləşçilərimiz Avropa çempionatına bu heyətlə gedir

Güləşçilərimiz Avropa çempionatına bu heyətlə gedir

Serbiyanın Novi Sad şəhərində keçiriləcək U-20 Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub.

Azərbaycan Güləş Federasiyasından AzerTimes-a verilən məlumata görə, qitə birinciliyinin ilk günlərində yunan-Roma güləşçilərimiz çıxış edəcəklər. Heyətdə Rahim Həsənov (55 kiloqram), Tural Əhmədov (60 kiloqram), Məhəmməd Şükürzadə (63 kiloqram), Fəraim Mustafayev (67 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Davud Məmmədov (77 kiloqram), İsmayıl Rzayev (82 kiloqram), Əli Quliyev (87 kiloqram), Mahir Qurbanlı (97 kiloqram) və Məzaim Mərdanov (130 kiloqram) yer alıblar.

Daha sonra mübarizəyə qoşulacaq qadın güləşçilər – Elvina Kərimzadə (50 kiloqram), Əsmər Cankurtaran (53 kiloqram), Nərgiz Səmədova (55 kiloqram), Gülər Həbibova (57 kiloqram), Ruzanna Məmmədova (59 kiloqram) və Fatimə İsayeva (68 kiloqram) uğur qazanmağa çalışacaqlar.

Yarışın son günlərində isə sərbəst güləşçilərdən Vasif Bağırov (57 kiloqram), Camal Abbasov (61 kiloqram), Musa Verdiyev (65 kiloqram), Ramik Heybətov (70 kiloqram), Əhməd Əhmədli (74 kiloqram), Nurudin Maqomedqadjiyev (79 kiloqram), Sadiq Mustafazadə (86 kiloqram), Anar Cəfərli (92 kiloqram), Xetaq Karsanov (97 kiloqram) və Yusif Dursunov (125 kiloqram) mübarizəyə qoşulacaqlar.

U-20 Avropa çempionatında I kateqoriyalı hakimlərimizdən Natiq Hacıyev ilə Vüqar Şükürov ədaləti qoruyacaqlar.

Yarışa sabah start veriləcək.

Teqlər: