Macarıstanın Szombatli şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Güləşçilərimiz ikinci yarış günündə 61, 70, 86 və 125 kq çəkisində sərbəst güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl və 2 bürünc medalla başa vurub.
61 kq-da mübarizə aparan Əli Rəhimzadə ardıcıl olaraq Almaniya və Belarusdan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Rusiya idmançısı ilə gərgin keçən görüşü uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. İsveçrə təmsilçisini tam üstünlüklə məğlub edən Əli çempionatın bürünc medalını qazanıb.
70 kq çəkidə təmsilçimiz Hacımurad Ömərov Gürcüstan, Moldova və Belarusdan olan rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Finalda Rusiya idmançısından da üstün olan Hacımurad Avropa çempionatının qızıl medalına sahib olub.
74 kq-da yarışan Kənan Əliyev Belarus və İtaliyadan olan rəqiblərini üstələsə də, yarımfinalda yerli macar idmançı ilə gərgin keçən görüşdə məğlub olub. Axşam proqramında güləşçimiz İsveçrə təmsilçisi ilə bürünc medal uğrunda görüşə çıxıb. Rəqibini üstələyən Kənan Əliyev çempionatın bürünc medalını qazanıb.
61 kq
Bürünc medal görüşü – Randy Adrian Vock (SUI) – Əli Rəhimzadə 2:13
1/2 final – Əli Rəhimzadə – Hacımurad Rəşidov (RUS) 2:4
1/4 final – Huseyn Şaxbanau (BLR) – Əli Rəhimzadə 0:5
1/8 final – Nico Antonio Zarcone (GER) – Əli Rəhimzadə 3:5
70 kq
FİNAL – Hacımurad Ömərov – Zaurbek Sidakov (RUS) 1*:1
1/2 final – Surxo Raşitxanau (BLR) – Hacımurad Ömərov 0:5 (tuşe)
1/4 final – Toma Vascan (MDA) – Hacımurad Ömərov 0:10
1/8 final – Mirza Sxulukia (GEO) – Hacımurad Ömərov 1:12
86 kq
Bürünc medal görüşü – Stefan Reichmuth (SUI) – Kənan Əliyev 1:2
1/2 final – Kənan Əliyev – Bendeguz Toth (HUN) 6:8
1/4 final – Aron Caneva (İTA) – Kənan Əliyev 0:8
1/8 final – Kənan Əliyev – Abdulla Ömərov (BEL) 5:2
125 kq
1/8 final – Umar İsrailov – Danylo Kartavyi (UKR) 6:14