Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.
AzerTimes-ın Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, turnirdə 48 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Musa Verdiyev mübarizəyə dörddəbir finaldan qoşulub.
Güləşçimiz startda Moldova təmsilçisinə heç bir şans buraxmayıb. M.Verdiyev yarımfinalda ukraynalı rəqibini tam üstünlüklə məğlub edərək finala vəsiqə qazanıb.
İyunun 15-də baş tutan həlledici görüşdə rusiyalı güləşçi ilə bacarmayan M.Verdiyev gümüş medal qazanıb.