Güləş Federasiyasına bir milyon manat ayrıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə
dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.

Trend xəbər verir ki, sərəncama əsasən, böyüklər arasında
sərbəst və yunan-Roma güləşçilərinin komanda hesabında Azərbaycan
millisinin 2022-ci il Avropa çempionu olması ilə əlaqədar
Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan
Azərbaycan Güləş Federasiyasına 1,0 (bir) milyon manat ayrılıb.

Teqlər: