ABŞ-da fəaliyyət göstərən yunan lobbisi – Yunan Amerika Liderlik Şurası (HALC) Konqresə Türkiyəyə qarşı yazılmış məktub ünvanlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” nəşri məlumat yayıb.
Məktubda bildirilib ki, Konqresin Türkiyəyə F-16-ların satışını dayandırmaq səlahiyyəti var:
“Türkiyə ABŞ-dan F-16 təyyarələri və modernləşdirmə dəstləri almaq üçün səylərini sürətləndirir. Sizin buna qarşı hərəkət etməyiniz lazımdır. Çünki Türkiyə Yunanıstanı müharibə ilə hədələməkdə davam edir. Hətta, Türkiyənin yeni milli müdafiə naziri Ankaranın Egey bölgəsindəki maraqlarını və “Mavi vətən”i qoruyacağına söz verib. Konqresin bu satışı dayandırmaq səlahiyyəti var. Biz Konqres üzvlərinin hərəkətə keçməsini və Türkiyənin Yunanıstanla “müharibə təhdidi”ni davam etdirdiyi müddətcə, ABŞ-dan F-16-ları ala bilməyəcəyini tələb etmələrini istəyirik”, – məlumatda bildirilib.