Gülərdən NATO açıqlaması: Bu qəbuledilməzdir!

Gülərdən NATO açıqlaması: Bu qəbuledilməzdir!

Türkiyə NATO-ya ən çox töhfə verən ölkələr sırasındadır.

AzerTimes xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında deyib.

“Buna baxmayaraq, Türkiyənin müttəfiqləri tərəfindən ixrac məhdudiyyətlərinə məruz qalmağı heç vaxt qəbuledilməzdir. Bu məhdudiyyətlər təkcə Türkiyənin təhlükəsizliyini deyil, eyni zamanda NATO-nun müttəfiqləri üçün müəyyən etdiyi potensial hədəflərə, ümumilikdə Alyansın da təhlükəsizliyinə mənfi təsir edir. Türkiyə olaraq NATO-ya və Avro-Atlantik bölgənin təhlükəsizliyinə keçmişdə olduğu kimi bu gün də, gələcəkdə də mühüm töhfələr verməyə davam edəcəyik”, – nazir bildirib.

Teqlər: