Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə Yunanıstanın müdafiə naziri Nikos Dendias arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, danışıq zamanı Gülər Yunanıstanda qəzaya uğrayan yanğınsöndürmə təyyarəsinin pilotlarıyla bağlı Dendiasa başsağlığı verib. Həmçinin o, yanğınsöndürmə işlərində dəstəyə hazır olduqlarını qeyd edib.
Qeyd edək ki, Yunanıstanın Ebvey adasında meşə yanğınlarını söndürən təyyarə ötən gün qəzaya uğrayıb və heyət həlak olub.