Gülər də danışdı: Rəisinin helikopterini belə tapdıq!

Gülər də danışdı: Rəisinin helikopterini belə tapdıq!

Hadisədən bir müddət sonra İran rəsmiləri bizdən gecə görmə qabiliyyətinə malik helikopter istədi. Bu kontekstdə mövcud şərtlərdə daha faydalı ola biləcəyini düşünərək, “Akınçı” PUA-sının hazırlanmasını tapşırdıq.

AzerTimes xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğrayandan sonra axtrarışları barədə danışarkən deyib.

“Prezident (Rəcəb Tayyib Ərdoğan) təsdiqlədikdən sonra və iranlı rəsmilərin istəyi ilə “Akınçı” PUA-sı saat 23:30-da Batmandan havaya qalxaraq, saat 00:12-də İran hava məkanına daxil oldu. Müvafiq ərazidə aparılan axtarışlar zamanı saat 02:36-da ilk vizual əlaqə qurulub və aşkarlanan mənbə İran rəsmiləri ilə paylaşılıb. Saat 05:50-də İran rəsmiləri tərəfindən həmin ərazidə dağıntıların tapılması barədə məlumat daxil olub. Missiyasını uğurla başa vuran “Akınçı” PUA saat 06:45-də Türkiyə hava məkanına qayıtdı”, – nazır bildirib.

Teqlər: