Güldən Ərdoğana kritik zəng – Planını açıqladı

Güldən Ərdoğana kritik zəng – Planını açıqladı

İddia edilir ki, DEVA, Səadət və Gələcək partiyaları birləşəcək və ona Türkiyənin 11-ci prezidenti Abdullah Gül rəhbərlik edəcək. Bununla yanaşı, daha bir kulis müzakirələri ortaya çıxıb.

AzerTimes Publika.az-a istinadla xəbər verir ki, Abdullah Gülün hazırki prezident Rəcəb Tayyib Ərdoğandan sonrakı dövrə hazırlaşdığı və şəxsən Ərdoğana zəng edərək məqsədini açıq şəkildə ifadə etdiyi iddia edilir.

Bildirilir ki, o, prezidentliyə namizəd olmaq planını da zəng zamanı Ərdoğana bildirib. Məlumata görə, TBMM növbədənkənar seçkilər haqqında qərar verməsə, Ərdoğan Konstitusiyaya görə yenidən namizəd ola bilməyəcəyi üçün Abdullah Gül AK Partiyanın da səsini almaq üçün namizəd olmaq istəyir.

Hakim Ədalət və İnkişaf Partiyasındakı mənbələr “partiya qura bilər, amma AKP-nin namizədi ola bilməz” deyərək xəbəri ciddiyə almadıqlarını bildiriblər.

Teqlər: