Gücün səsi: Hacıyev səfirləri topladı, dedi ki… – Markov

Gücün səsi: Hacıyev səfirləri topladı, dedi ki… – Markov

Bəli, bura Laçın yoludur. Yol Qarabağ və Ermənistanı birləşdirir.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov sosial şəbəkə hesabında foto paylaşaraq yazıb.

“Birinci akt. Azərbaycan Ermənistanın Soçi razılaşmalarını pozduğunu və öz ordusunu Qarabağdan çıxarmadığını bildirir. Ermənistan isə öz ordusunun şəxsi heyətinin rotasiyasını həyata keçirir və Laçın yolu ilə hərbi təchizat daşıyır.

İkinci akt. Məhz buna görə də Azərbaycan Laçın yolunu humanitar və tibbi yardımlar istisna olmaqla, yük üçün bağlayıb.

Üçüncü akt. Sonra Ermənistan bəyan edir ki, buna görə Qarabağda “humanitar böhran” başlayıb.

Dördüncü akt. Bu zaman Azərbaycan xüsusi Ağdam – Xankəndi yolunu tikib yenidən qurdu və bütün lazımi ərzaqların bu yoldan keçirilməsini təklif etdi. Yəni Azərbaycan vasitəsilə. Çünki hətta Ermənistan hakimiyyəti də Qarabağın Azərbaycan olduğunu artıq tanıyıb.

Beşinci akt. İrəvan hakimiyyəti isə Ağdam-Xankəndi yolunu beton bloklarla bağladı.

Altıncı akt. İndi də Ermənistan hakimiyyəti nümayişkaranə şəkildə çoxlu yük maşınının Laçın yolu ilə Qarabağa yola salınmasını təşkil edib. Onlar AB-dən müşahidəçiləri dəvət ediblər ki, Azərbaycan bu yük maşınlarına icazə vermir. Fotoda gördüyünüz budur.

Yeddinci akt. Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev AB ölkələrinin səfirlərini dəvət edərək onlara qətiyyətlə bildirib ki, separatizmi dəstəkləməkdən əl çəksinlər. Hacıyev qeyd edib ki, indi Azərbaycan olan Qarabağa bütün lazımı mallar gedəcək. Yalnız Azərbaycan ərazisi vasitəsilə. Və Qarabağın erməni icması Azərbaycana inteqrasiya olunmalıdır. Azərbaycan AB ilə gücün səsi ilə danışır”, – o bildirib.

Teqlər: