Gücümüzü artırdıq, Azərbaycanla hesablaşırlar – Əliyev

Gücümüzü artırdıq, Azərbaycanla hesablaşırlar – Əliyev

Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında rayon sakinləri ilə görüşdə bildirib.

“Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Deyirəm, ən azı regional, amma, eyni zamanda, bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır”, – prezident qeyd edib.

Teqlər: