Güclü yağışdan sonra İstanbulu su basıb

Səhər saatlarında yağan güclü yağışdan sonra İstanbulun bir neçə məhəlləsini su basıb.

AzerTimes-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, yağışın əsas fəsadları şəhərin Anadolu hissəsində özünü göstərib. Burada evlərin həyətləri, avtomobillər və mal-qara suyun altında qalıb.

Magistralları da su basdığından avtomobillərin hərəkəti iflic olub.