Güclü stressdə olduğunuzu göstərən bədən əlamətləri

Güclü stressdə olduğunuzu göstərən bədən əlamətləri

Əgər bu əlamətlər varsa, düşündüyünüzdən də artıq və güclü stress altındasınız.

AzerTimes Medicina.az-a istinadən xəbər verir ki, mütəxəssislər xroniki stressin psixi sağlamlıqdan əlavə, bədən sağlığını da pozduğunu bildirir.

Alimlər stressin fiziki əlamətlərini açıqlayıb.

– Xroniki baş ağrısı – stress baş, boyun əzələlərinin spazmını yaradır ki, bu da ağrıya səbəb olur;

– Yuxusuzluq və enerjisizlik – bu daha çox işdən qaynaqlanır;

– Cinsi istəyin azalması – qadınlar bundan daha çox əziyyət çəkir;

– Dəri problemi – stressdə olan insan tez-tez çirkli əllərini üzünə sürtür, bu da dəri infeksiyası və sızanaqlara səbəb olur;

– Mədə problemləri – stress qastrit, qəbizlik, diareya, digər həzm problemlərinə səbəb olur;

– Saç tökülməsi – stressdən saçlar zərər görür.

Teqlər: