Güclü külək yas çadırını uçurdu – Video

Güclü külək yas çadırını uçurdu – Video

Beyləqanda ötən gün əsən güclü külək yas çadırını uçurub.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun İmamverdilər kəndində baş verib.

Vəfat edən kənd sakini, 1967-ci il təvəllüdlü Eldar Hacıyev üçün qurulan yas çadırını əsən güclü külək uçurub.

Nəticədə qurulan çadırın dəmir ayaqları evin üzərinə düşərək evin üstündəki şiferləri sındırıb, çadırlar yararsız hala düşüb.

Teqlər: