Xaçmaz rayonunda artıq 10 saatdan artıqdır ki, elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.
AzerTimes Bizim.media-a istinadən xəbər verir ki, güclü külək elektrik xətlərini qırıb və ağaclar xətlərin üstünə aşıb.
Hazırda rayonun 30 kəndi zülmətə bürünüb.
“Azərişıq” ASC-nin Xaçmaz və Xudat elektrik şəbəkələrinin qəza briqadası və işçi heyəti fəsadların aradan qaldırılması ilə məşğuldur.
Bərpa edilən xətləri güclü külək yenidən dağıtdığı üçün enerji verilişi tam bərpa olunmur.