Güclü külək və normadan artıq yağıntının düşməsi Şəmkir rayonunun Seyfəli kəndi, Morul deyilən ərazi, Kiraz yolu, Könüllü kəndində ciddi fəsadlar törədib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilir ki, qaz təsərrüfatına xeyli ziyan dəyib. Şəmkir rayonunda qeydə alınan güclü yağıntı zamanı “Azəriqaz” İstehsalat Birliyinə məxsus bir neçə qaz sayğacını sel suları aparıb. Regiondakı bütün təmir-tikinti qüvvələri hadisə yerinə cəlb edilib. Tezliklə təbii qaz təminatı ilə bağlı çətinliklər aradan qaldırılacaq.