Xəbər - Samir Əli – Trend:
Gecədən əsən güclü külək Abşeron rayonu ərazisində bir sıra fəsadlar yaradıb.
“Azərişıq” ASC-dən AzerTimes-a verilən məlumata görə, güclü külək bu gün səhər saatlarında rayonun Saray qəsəbəsi sakinin evinin dam örtüyünü uçurub.
Dam örtüyünün ərazidən geçək elektrik enerjisi xəttinin üzərinə düşməsi nəticəsində qəsəbə ərazisinin bir hissəsinin elektrik enerjisi verilişində fasiləyə səbəb olub, infrastruktura ciddi ziyan dəyib.
Qəzanın nəticələrini aradan qaldırmaq üçün hadisə yerinə “Azərişıq” ASC-nin əməkdaşları cəlb edilib.