Noyabrın 9-dan indiyə qədər Bakıda şiddətli külək nəticəsində 13 ağac sınıb.
Bu barədə AzerTimes-a Yaşıllaşdırma Təsərrüfatı Birliyindən xəbər verilib.
Eyni zamanda 23 ağacın budaqları sınıb. Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən sınan ağaclar götürülüb və operativ şəkildə ərazi təmizlənib.
Küləklə əlaqədar Yaşıllaşdırma Tərərrüatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.