Azərbaycanda başlayan güclü şimal-qərb küləyi və rayonlarda
müşahidə olunan yağıntılı hava şəraitinin nə vaxta qədər davam
edəcəyi açıqlanıb.
Trend-ə
açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad
Məmmədova bildirib ki, axşama doğru yağıntının kəsiləcəyi
gözlənilir:
“Eyni zamanda, gündüz saatlarında güclü şimal-qərb küləyi
tədricən mülayimləşəcəyi, mülayim cənub küləyinin əsəcəyi
gözlənilir”,- deyə G.Məmmədova bildirib.